ABŞdakı teraktı qətiyyətlə pisləyirik XİN

02.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Nyu Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin X-dəki hesabındakı paylaşımda yer alıb.

"Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğun bütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik", - XİN-dən bildirilib.

Qeyd edək ki, terror aktı nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью