ABŞdakı yanğınlarda ölənlərin sayı arta bilər

13.01.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kaliforniya yanğınları dağıntı və ziyan baxımından ABŞ tarixində ən pis fəlakət ola bilər.

Lent.az xəbər verir ki, bunu mətbuata açıqlamasında ştatın qubernatoru Gevin Nyusom deyib.

O, həmçinin qurbanların sayının arta biləcəyini də istisna etməyib. Qeyd edək ki, ştatda baş verən yanğınlar zamanı ölənlərin sayının 13 nəfər olduğu bildirilir.

ABŞ mətbuatının məlumatına görə, Kaliforniyada 8 milyondan çox insan hazırda yanğınlar üçün yüksək risk zonasındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью