ABŞdan inanılmaz: Dünya nizamını quran o ölkədir!

11.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Birləşmiş Ştatlar Soyuq müharibə zamanı Sovet blokuna qarşı tətbiq etdiyi eyni taktikadan istifadə edərək, Çinlə strateji rəqabətdə qalib gələ bilməz.

Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks Con Hopkins Universitetində çıxışı zamanı deyib.

"Biz Çinlə bu strateji rəqabət dövrü üçün Amerikanın milli müdafiəsini gücləndiririk. Bugünkü Çin Soyuq müharibə dövründəki Sovet bloku deyil. Strateji rəqabətə yanaşmamız 40 illik taktikanın bir qədər “isinmiş” variantıdırsa, uğurlu ola bilməz. Amma heç bir şübhə yoxdur ki, biz strateji rəqabət vəziyyətindəyik”, - deyə o bildirib.

Hiks qeyd edib ki, Çin beynəlxalq nizamı yenidən qurmaq üçün iradəyə və getdikcə daha çox vasitəyə malik olan yeganə ölkədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью