ABŞdan şok: İran Trampa suiqəsd planı hazırlayıb!

09.11.2024

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyinin açıqlamasında deyilir.

“Ədliyyə Departamenti İranın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan İran rejimi agentini ittiham edib”, - baş prokuror Merrik Qarland bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində deyib ki, İran İslam İnqilabı Keşikçiləri (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.

Belə ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakəridir. O, hələ də azadlıqdadır və İranda olduğu güman edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью