ABŞdə 17 yaşlı hokkeyçi xeyriyyə matçı zamanı dünyasını dəyişib

03.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Nyu-York ştatında 17 yaşlı hokkeyçi Konnor Kasin xeyriyyə matçı zamanı dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" nəşri məlumat verib.

Bildirilir ki, qarşılaşma zamanı huşunu itirən idmançı buzun üzərinə yıxılıb.

İdman zalında hokkeyçiyə ilkin tibbi yardım göstərilib, daha sonra isə o, xəstəxanaya aparılıb. Həkimlər idmançının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettenin xatirəsinə həsr olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью