ABŞdə 3 Humvee avtomobili OĞURLANDI

11.01.2025

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naməlum şəxslər Kaliforniya ştatının Tustin şəhərində ABŞ ordusunun anbarına daxil olaraq üç "Humvee" və digər hərbi texnikanı oğurlayıblar.

Manset.az-ın xəbərinə görə, bu barədə yerli polis idarəsinin "Facebook" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayəti törədən şəxslər üç avtomobildən əlavə səkkiz ədəd maşına quraşdırılmış pulemyot dayağı, tibbi avadanlıq, 40 cüt durbin, 18 süngü oğurlayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью