ABŞdə 3000dən çox uçuş ləğv edildi SƏBƏB

11.01.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin cənubunda qeydə alınan fırtına səbəbindən 3000-dən çox reys ləğv edilib.

Sfera.az bildirir ki, Delta Hava Yolları verdiyi açıqlamada qışı gözlədiklərindən daha sərt keçirdiklərini və Atlanta Beynəlxalq Hava Limanında 5 uçuş-enmə zolağının fırtına səbəbilə iki saatlıq bağlandığını bildirib.

Açıqlamada, fırtına səbəbiylə cümə günü 1100 uçuşun ləğv edildiyi vurğulanıb. Bildirilib ki, həftənin əvvəlindən başlayan tufan 5 nəfərin ölümünə səbəb olub. Fırtına ölkənin mərkəzi və şərq bölgələrinə zərər verib, bəzi yerlərdə temperatur -18 dərəcəyə enib və on minlərlə insan işıqsız qalıb.

Aviaşirkətlərin və uçuş izləmə saytlarının məlumatına görə, minlərlə uçuş gecikib.

Türkan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью