ABŞdə 500dən çox heyvan tüstüdən tələf oldu Fotolar

04.01.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin şimal-qərbində Dallasda ticarət mərkəzindəki yanğında zoomağazada olan 579 heyvan tələf olub.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, ölən heyvanlardan çoxu tüstüdən zəhərlənib.

“Ölən heyvanların arasında əsasən kiçik quşlar, toyuqlar, iki it və iki pişik olub”,- məlumatda qeyd edilib.

Yanğının söndürülməsinə təxminən 2 saat vaxt sərf edilib.

Həmçinin, bildirilib ki, birmərtəbəli ticarət mərkəzinin strukturuna ciddi ziyan dəyib, dam örtüyü qismən çöküb.




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью