ABŞdə 7 maqnitudada zəlzələ olub

05.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

ABŞ-də 7 maqnitudada zəlzələ olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью