ABŞdə atışma: Çoxlu sayda ölən və yaralanan var

03.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-nin Çikaqo şəhərində atışma baş verib. Hadisə nəticəsində azı üç nəfər həlak olub, beş nəfər xəsarət alıb.

Oxu.Az-ın ABC7 kanalına istinadla məlumatına görə, bu barədə şəhər polisi xəbər verib.

Bildirilib ki, zərərçəkənlərin yaşı 20-35 arası olub. Hazırda üçü ağır vəziyyətdə olmaqla beş yaralının xəstəxanalarda olduğu vurğulanıb.

Hadisə yerinin ətrafındakı yollar bağlanıb. Şübhəlilərin şəxsiyyəti hələ müəyyən edilməyib.

Çikaqo polisi əməliyyat-axtarış tədbirləri həyata keçirir.

ABŞ-də atışma: Çoxlu sayda ölən və yaralanan var

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью