ABŞdə Bayden dövründə miqrasiya rekord həddə çatıb

12.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2021-2023-cü illərdə ABŞ-yə hər il orta hesabla 2,4 milyon insan gəlib.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" ABŞ Konqresinin Büdcə İdarəsinə istinadən xəbər verib.

“2021-2023-cü illər arasında illik “xalis miqrasiya” – ölkədən gedənləri ölkəyə daxil olanların sayından çıxılmaqla orta hesabla 2,4 milyon nəfər olub”, - nəşr yazır.

Beləliklə, Prezident Cozef Bayden hakimiyyətdə olarkən, ölkəyə 8 milyondan çox insan gəlib. Qeyd olunur ki, bu müddət ərzində ABŞ-yə mühacirlərin gəlişi rekord həddə çatıb.

Bundan əlavə, statistikaya görə, 2021-ci ildən ölkəyə gələn miqrantların təxminən 60 %-i bunu qanuni icazə olmadan edib.

Dəqiqləşdirilir ki, 2023-cü ildə ABŞ əhalisinin 15,2%-i xaricdə doğulmuş insanlar olub. Əvvəlki rekord 1890-cı ildə qeydə alınıb, o zaman əhalinin 14,8%-i ABŞ-da doğulmayıb.

Məlumata görə, 2023-cü ilə qədər ABŞ-də təxminən 335 milyon insan yaşayırdı.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью