ABŞdə güclü ZƏLZƏLƏ: Sunami xəbərdarlığı edildi

05.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri 12 min insanın yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 14 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli Okean və Atmosfer Tədqiqatı İdarəsindən (NOAA) bildirilib ki, Kaliforniya sahillərində baş verən 7 bal gücündə zəlzələdən sonra ABŞ-də sunami xəbərdarlığı edilib.

NOAA Sunami Xəbərdarlığı Mərkəzinin məlumatına görə, xəbərdarlıq Kaliforniya və Oreqon ştatlarının sahil zolağının bəzi hissələri üçün qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью