ABŞdə hücum həyata keçirən ötən yay İŞİDə qoşulub AzPolitika onlayn siyasiictimai qəzet

02.01.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

“Report2 xəbər verir ki, bu barədə ABŞ-nin Federalt Təhqiqat Bürosu direktorun müavini Kristofer Raya bildirib.

"Nyu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib.

Qeyd edək ki, Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью