ABŞdə ilk seçki məntəqəsinin nəticələri bəlli OLDU

05.11.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-də ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub.

Redaktor.az xəbər verir ki, Kanada ilə sərhəddə yerləşən Nyu Hempşir ştatının Diksvil Notç qəsəbəsində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib.

2020-ci il seçkilərində qeydiyyatda olan 5 seçicinin hamısı Co Baydenə səs vermişdi. Məlumata əsasən, qəsəbədə yaşayan 6 sakindən 4-ü Respublikaçılar Partiyasının üzvü, digər 2 nəfər müstəqil seçicidir.

Qeyd edək ki, ABŞ-də ilk səsvermə məhz bu seçki məntəqəsində başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью