ABŞdə kommersiya neft ehtiyatları 423 mln. barelə düşüb

05.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 5 073 min barel azalaraq 423 375 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью