ABŞdə məktəbdə atışma olub, ölən və xəsarət alanlar var

16.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Viskonsin ştatının paytaxtı Medisondakı “Abundant Life” məktəbində atışma olub.

“Report”un məlumatına görə, bu barədə “ABC News” yerli polisə istinadən xəbər verib.

Atışma zamanı bir neçə nəfər yaralanıb. Onların arasında hadisəni törədən də var. Qeyd edilir ki, məktəbdə təxminən 390 şagird var. “ABC News” zərərçəkənlərin sayı və hadisənin başvermə səbəblərini açıqlamayıb.

Polis isə hadisə zamanı 5 nəfərin öldüyünü, daha 5 nəfərin xəsarət aldığını bildirib. Qeyd edilir ki, cinayətkar zərərsizləşdirilib. Onun şəxsiyyəti açıqlanmır.

Xatırladaq ki, ötən il ABŞ-də məktəblərə 349, bu il isə 322 silahlı hücum olub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью