ABŞdə meşə yanğınına görə 14 yaşlı uşaq saxlanılıb

16.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ-nin Nyu Cersi ştatında oktyabrın 30-da baş vermiş meşə yanğınında 52 hektar ərazi yanaraq külə dönmüşdü. Polisin verdiyi açıqlamada yanğının nəzarət altına alınmasının günlərcə sürdüyü bildirilib.

Xalqcebhesi.az-ın Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbərinə görə, yanğının baş vermə səbəbi ilə bağlı sübutlar toplandıqdan sonra 14 yaşlı uşaq şübhəli şəxs qismində saxlanılıb.

Məlumatda yanğının ətrafdakı yaşayış məntəqələri üçün təhlükə yaratmadığı bildirilsə də, ancaq bölgədə ciddi ekoloji fəsadlar törətdiyi və yaşayışa mənfi təsir etdiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью