ABŞdə öldürülən hinduların sayı açıqlandı

23.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ-də internat məktəblərində 3000-dən çox hindu uşaq öndürülüb. 

“Cebheinfo.az” “Washington Post”-a istinadən xəbər verir ki, 1828-1970-ci illər arasında ABŞ-də internat məktəblərində ən azı 3 min 104 hindu öldürülüb. 

Ekspertlər iddialar edirlər ki, bu, hökmətin rəsmi rəqəmindən üç dəfə yüksəkdir.

Qeyd olunur ki, hindu uşaqlar Avropa mədəniyyətinə zorla assimilyasiya etmək üçün qurulan xüsusi məktəblərdə baş verən uşaq ölümləri Amerika tarixində uzun müddət diqqətdən kənarda qalan və gizlədilən qaranlıq səhifə kimi qiymətləndirilib. 

Amerikanın yerli xalqı, hinduların hüquqlarını təmsil edən Nebraska Komissiyasının icraçı direktoru Cudi M. Qayaşkibos bəyan edib ki, internat məktəbləri məktəblər deyil, həbs düşərgələri idi.

Məlumata görə, uşaqların çoxu xəstəlik və qidasızlıqdan həlak olublar, hətta bəziləri özlərinə qəsd ediblər.

Bildirilib ki, 800-dən çox uşaq məktəbə yaxın ərazilərdə basdırıldıb və cəsədlər heç vaxt ailələrinə təhvil verilməyib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью