ABŞdə prezident seçkiləri başladı

05.11.2024

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Bu gün ABŞ-də prezident seçkiləri keçirilir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə ilk olaraq Vermont ştatında açılıb.

Qeyd edək ki, bu gün ABŞ-də keçiriləcək seçkilər ölkədə gələcək 4 il ərzində kimin prezident olacağını müəyyənləşdirəcək.

Xatırladaq ki, prezident postu uğrunda mübarizə Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedir.

Səsvermənin açılış və bağlanma saatları hər ştatda fərqlidir. Ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq.

Qeyd edək ki, ölkə üzrə artıq 70 milyondan çox amerikalı erkən səs verib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью