ABŞdə prezident seçkiləri keçirilir

05.11.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-də prezident seçkiləri keçirilir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq Vermont ştatında seçki məntəqələri səsvermə üçün açılıb. 

Ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 09:00) bağlanacaq. 

Prezident postu uğrunda Demokratlar partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparır. 

Onu da xatırladaq ki, artıq 70 milyondan çox amerikalı erkən səs verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью