ABŞdə qara cümə günü ticarət mərkəzində atışma baş verib, yaralılar var Xəbər saytı Son xəbərlər və Hadisələr

30.11.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

ABŞ-nin cənubundakı Litl-Rok şəhərində (Arkanzas ştatı - Qeyd) "qara cümə" günü ticarət mərkəzində atışma baş verib.

Report xəbər verir ki, bu barədə polisə istinadən ABC News məlumat yayıb.

Hadisə yerli vaxtla 13:44 radələrində "Park Plaza" ticarət mərkəzində qeydə alınıb.

Qeyd olunub ki, polis hadisə yerində güllə yarası alan üç nəfər aşkarlayıb. İlkin məlumatlara görə, xəsarətlər alanların həyati təhlükəsi yoxdur.

Litl-Rok şəhərinin meri Frenk Skot hadisədən sonra iki nəfərin şəhər sakinlərinin rifahını riskə atdığına dair bir açıqlama verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью