ABŞdə qatar yanğınsöndürən maşınla toqquşub, xəsarət alanlar var AzPolitika onlayn siyasiictimai qəzet

29.12.2024

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Florida ştatında sərnişin qatarı yanğınsöndürən maşınla toqquşub.

“Report”un məlumatına görə, bu barədə “NBC News” məlumat yayıb.

Qeyd olunub ki, hadisə təxminən saat 10:45-də (Bakı vaxtı ilə 19:45) Delrey-Biç şəhərinin İst-Atlantika prospekti və Dəmiryol prospekti ərazisində baş verib.

Qəzadan sonra 3 yanğınsöndürən xəstəxanaya yerləşdirilib, qatarın 12 sərnişini isə yüngül yaralarla tibb müəssisələrinə çatdırılıb.

Şəhərdə dəmir yolu qatarlarının hərəkətində ləngimələr yaranıb, yaxınlıqdakı avtomobil yolu bağlanıb. Toqquşma yerindən çəkilmiş kadrlarda yanğınsöndürən maşının aşdığı görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью