ABŞdə qitələrarası ballistik raket SINAQDAN KEÇİRİLDİ VİDEO

06.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, Vandenberq Kosmik Qüvvələri Bazasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buraxılış noyabrın 5-də Sakit okean vaxtı ilə saat 23:01-də Kaliforniyadakı aviabazadan həyata keçirilib.
Sınaqda məqsəd silah sisteminin effektivliyini, hazırlığını və düzgünlüyünü yoxlamaq, həmçinin 21-ci əsrin təhdidlərinə qarşı nüvə silahının qarşısının alınmasını nümayiş etdirməkdir.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью