Icma.az, Azvision portalına istinadən məlumat yayır. AzVision.az xəbər verir ki, bu barədə Luiziana Səhiyyə Departamenti məlumat yayıb.
Quş qripi yenidən yayılır: Yeni pandemiya gözlənilirmi? Bildirilib ki, 65 yaşlı kişi ev və çöl quşları ilə təmasdan sonra xəstələnib.
Vəziyyəti ağırlaşan şəxs 13 dekabr 2023-cü il tarixində xəstəxanaya aparılıb və bir müddət sonra orada vəfat edib.
Xatırladaq ki, quş qripi ilk dəfə ABŞ-nin Cənubi Karolina ştatında 2022-ci ilin yanvarında vəhşi quşlarda aşkar edilib, virus Kaliforniyada qeydə alınıb.
2024-cü ilin mart ayında Texas və Kanzas ştatlarında inəklərdə yoluxma halları qeydə alınıb.
O vaxtdan bəri Amerikanın 10 ştatında insanlar arasında 66 yoluxma halı təsdiqlənib.
Həmidə İbrahimova AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.