ABŞdə rəqəmsal miqrasiya dalğası "X" dəbdən düşür

22.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

ABŞ -də prezident seçkilərində Donald Trampın qələbə çalması yeni rəqəmsal miqrasiya dalğasına səbəb olub.

Bakupost.az BBC-yə istinadla xəbər verir ki, bu dəfə milyonlarla X istifadəçisi Twitter-ə çox oxşar olan “Bluesky” sosial şəbəkəsinə keçir.

Qeyd edək ki, bu sosial şəbəkə "X"-in Elon Maks almazdan qabaqkı variantına bənzəyir.

2023-cü ilin əvvəlində istifadəyə verilən Bluesky istifadəçilərinin sayı noyabrın iki həftəsi ərzində iki dəfə artaraq 20 milyonu ötdü.

Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью