Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu sözləri "Sputnik Armenia"ya açıqlamasında erməni politoloq Suren Surenyants deyib.
O vurğulayıb ki, "seçkilər başa çatanda qarışıqlıq yaranması Cənubi Qafqaza təsirsiz ötüşməyəcək". "Belə bir qarışıqlığın qopması mümkündür.
Çünki ABŞ cəmiyyəti tarixən heç vaxt indiki kimi qütbləşməyib.
Əminliklə deyə bilərik ki, məğlub namizəd seçkinin nəticələrini tanımayacaq", - politoloq bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun regiona diqqəti hər halda, yəni istər Donald Tramp, istərsə də Kamala Harisin qələbə çalacağı təqdirdə azalacaq: "Çünki, göründüyü kimi, region artıq ABŞ-nin prioritetləri sırasında deyil".
Firudin Həmidli AzVision.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.