ABŞdə terror aktını törədən şəxs ötən yay İŞİDə qoşulub

02.01.2025

Icma.az, Anews portalına istinadən məlumat verir.

ABŞ-nin Nyu Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.Bu barədə ABŞ-nin Federal Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib.

"Nyu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью