ABŞdə təyyarə binaya çırpıldı Ölənlər və yaralananlar var VİDEO

03.01.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Kaliforniya ştatının Fullerton şəhərində kiçikhəcmli təyyarənin binanın üzərinə düşüb.

Milli.Az xəbər verir ki, bu barədə ştatın polis idarəsi "X" hesabında məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

"2 nəfər ölüb, 10 nəfər yerli xəstəxanalara çatdırılıb, 8 nəfərə isə yerində həkimlər tərəfindən tibbi yardım göstərilib və evə buraxılıb. İstintaq davam edir", - məlumatda deyilir.

Nərmin
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью