ABŞdə təyyarənin şassi hissəsindən 2 cəsəd tapıldı

07.01.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də “JetBlue” aviaşirkətinə məxsus təyyarənin şassi hissəsində iki nəfərin cəsədi aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şirkət özü yayıb. 

Bildirilib ki, cəsədlər Florida ştatında Fort-Loderdeyl beynəlxalq hava limanında uçuşdan sonra təyyarəyə texniki baxış keçirilərkən tapılıb. 

Hazırda sözügedən şəxslərin kimliyi, hadisənin necə baş verdiyi araşdırılır. 

Şirkət hadisəni “dəhşətli vəziyyət” adlandırıb və məsələnin araşdırılması üçün müvafiq qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью