ABŞdə təyyarəyə qumbara keçirmək istəyən şəxs saxlanıldı

11.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

ABŞ-nin Nyu-York şəhərində sərnişinlərdən biri təyyarənin göyərtəsinə qumbara keçirməyə cəhd edib və hava limanında yoxlama zamanı saxlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "NBC News" məlumat verib.

Hadisənin La-QuardiYa hava limanında baş verdiyi bildirilir. Nəqliyyatın Mühafizəsi İdarəsinin əməkdaşları kişinin əl yükündə partlayıcı qurğu aşkar ediblər. O bildirib ki, qumbaranı ona muzeydə hədiyyə veriblər.

Baxış zamanı məlum olub ki, qurğu təhlükəsizdir və partlaya bilməz. Buna baxmayaraq, qumbara müsadirə edilib və sərnişinin təyyarəyə minməsinə icazə verilib.

(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью