ABŞdə Trampı və ailəsini təhdid edən şəxs həbs

27.11.2024

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, Arizonada yaşayan Manuel Tamayo-Torres “facebook” sosial şəbəkə hesabında Trampa və onun ailəsinə hədələyici videolar paylaşıb. Saxlanılan şəxs videoların bəzilərində AR-15 yarı avtomatik tüfəngini nümayiş etdirib.
ABŞ İranı Trampa sui-qəsd hazırlamaqda ittiham edib “Sən və oğlun öləcək. Bütün ailəniz öləcək”, - deyə telekanal video paylaşımlarından birində cinayətkarın sözlərini sitat gətirib.
Tamayo-Torres bazar ertəsi, noyabrın 25-də Kaliforniyanın San Dieqo şəhəri yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, prezidenti və ya onun varisini hədələməkdə ittiham olunub.
Həmidə İbrahimova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью