ABŞdə yalnız iki cinsin olacağına söz verdi

23.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

ABŞ hökuməti ölkədə yalnız iki cinsi tanıyan siyasət həyata keçirəcək.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.

O, Arizonada ABŞ-ın “Turning Point” konfransında çıxış edərək qeyd edib ki, onun administrasiyası altında yalnız iki cinsin - kişi və qadının olması ilə bağlı rəsmi siyasət olacaq. Tramp qeyd edib ki, onun sözləri o qədər də çətin səslənmir.

Konfrans iştirakçıları seçilmiş prezidentin sözlərini alqışlarla qarşılayıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью