Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.
ABŞ-nin Missuri ştatının Cefferson Siti şəhərində yaşayış binasında partlayış olub.Bu barədə "NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, dağıntıları təmizlədikdən sonra yanğınsöndürənlər 6 nəfəri xilas edə biliblər. Onlar xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. İki zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb.
Partlayışın səbəbi müəyyənləşdirilir.www.anews.az