ABŞdə yük maşınının sürücüsü avtomobili izdihamın üzərinə sürüb: Çox sayda həlak olan var

01.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb.

Öz növbəsində hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları sürücüyə cavab atəşi açıblar.

Hələlik hadisəni törədən şəxsin saxlanılmasına dair məlumat verilmir.

ABŞ-də yük maşınının sürücüsü avtomobili izdihamın üzərinə sürüb: Çox sayda həlak olan var

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью