ABŞdə zəlzələ baş verib

09.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-də Alyaska ştatına daxil olan Andrean adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC-CSEM) saytında məlumat verilib.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri 4,4 min nəfərə yaxın insanın yaşadığı Unalaşka şəhərindən 789 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə hələ ki məlumat yoxdur. Hadisədən sonra sunami təhlükəsi elan edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью