ABŞdəki yanğınların ölkə üçün hansı fəsadları olacaq? ARAŞDIRMA | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Hazırda ABŞ-də bir neçə əyalətdə yanğınlar davam edir.
Sfera.az bildirir ki, son məlumatlara görə, Kaliforniya, Oregon, Vaşinqton və Montanada geniş miqyaslı yanğınlar qeydə alınıb.
Bu yanğınlar xüsusilə meşəlik ərazilərdə intensivdir və bir çox yaşayış məntəqələrini təhdid edir.
Əhali təxliyə edilir və yanğınsöndürmə əməliyyatları intensiv şəkildə aparılır. Maraqlıdır, bu yanğınların hansı fəsadları ola bilər?
Mütəxəssislərin fikrincə, ABŞ-də baş verən meşə yanğınlarının fəsadları çoxşaxəlidir.
Bildirilir ki, bu həm ekoloji, həm də sosial-iqtisadi sahələrə ciddi təsir göstərir.Ekoloji fəsadlar meşələrin məhv olması, hava keyfiyyətinin pisləşməsi, torpaq eroziyası kimi amillərdən ibarətdir.
Belə ki, meşə yanğınları geniş ərazilərdə bitki örtüyünü məhv edir, bu da uzun müddətli ekosistem balansına zərbə vurur.
Həssas bitki və heyvan növləri yaşayış yerlərini itirir. Yanğınlar zamanı böyük miqdarda tüstü və zərərli qazlar havaya yayılır.
Tam oxu
Xəbəri oxu