ABŞdən Azərbaycana pul köçürmələri 16% azalıb

13.12.2024

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-dən fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 47 milyon 981 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,9% (9 milyon 61 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 57 milyon 42 min dollara bərabər olub. 

Qeyd edək ki, 9 ayda ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,7% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью