ABŞdən Gürcüstana həmlə: Bdizna İvanişviliyə sanksiyalar

27.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Gürcüstanın sabiq baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlar təkbaşına İvanişviliyə “Gürcüstanın demokratik və Avro-Atlantik gələcəyinə zərbə vurduğuna görə” sanksiya tətbiq edib.

Məlumata görə, sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması daxildir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью