Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Hazırda Abşeron dairəvi marşrutu üzrə 14 stansiya və dayanacaq sərnişinlərimizin ixtiyarındadır".
BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasına həsr olunmuş dəyirmi masa zamanı ADY sədrinin müavini Arif Ağayev bildirib.
"Bu marşrut üzrə istifadədə olan xətlərdə Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Dərnəgül, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması hesabına bu say 21-ə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 39-a çatdırılması planlaşdırılır",-deyə sədr müavini əlavə edib.