Abşeron dəmiryol marşrutu üzrə hərəkət cədvəli tədris ilinədək yenilənəcək

11.09.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərininin sentyabrın 15-nə qədər başa çatdırılması planlaşdırılır.


Missiya.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata əsasən, bununla Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.

Qeyd edək ki, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərinə bu il avqustun 6-da başlanılıb. Nəticədə Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью