Abşeron Gənclər Şəhərciyində qadın qorxu yaratdı

06.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.

Bu barədə ərazidə yaşayan sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın olan qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirdirlər.

"Bakı-Sumqayıt yolunun 7-ci km.də yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər nə olsa atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.

Qeyd edək ki, problemlə bağlı lazımı yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью