Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Xırdalan şəhərində yerləşən Abşeron Gənclər Şəhərciyində yanğın baş verib.
Bakıvaxtı.az-ın hadisə yerindən əldə etdiyi məlumata görə, Şəhərciyin 53-cü blokunun 11-ci mərtəbəsində qaz partlayıb.
Məlumata görə, binada yaşayan şəxslər hadisə yerini tərk edərək küçələrə axışıb.
Hazırda ərazidə yanğınsöndürmə qüvvələri operativ fəaliyyət göstərir.
Yaralıların və itkinin olmadığı deyilir.
Hadisə yerindən fotoları təqdim edirik.
Əli Hüseynov