Abşeron Gənclər şəhərciyindəki yanğına görə sakinlər təxliyə edildi VİDEO

29.01.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Abşeron Gənclər Şəhərciyində yanğın olub - VİDEO


Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
 

Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18kv.m sahədə yanıb. FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.


Xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью