Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.
Abşeron icra hakimiyyəti sahibkarla anlaşaraq yaşıllığın məhv edilməsinə göz yumur.
Ekologiya.az-ın xəbərinə görə, vaxtı ilə ETSN tərəfindən salınan yaşıllıq, Abşeron RİH-nin nəzarətinə verilsə də baxımsız qalaraq bəzi səbəblərdən məhv edilir.
Daxil olan məlumata görə, icra hakimiyyəti açıq şəkildə yaşıllığın məhv edilməsinə şərait yaradaraq, ərazini sahibkara obyekt sahəsi kimi verib.
Beləki, 4 saylı RETSİ nin əməkdaşları tərəfindən, Abşeron rayon Mehdiabad qəsəbəsi 28 may küçəsində obyektin qarşısında çıxarılan ağacların yerində dəfələrlə yeni tinğlər əkilməsinə baxmayaraq, sahibkarın həmin ağacların məhv etməsi aşkar edilib.
Bildirilib ki, sahibkar hər dəfə öz məqsədinə çatmaq üçün ağacları yerindən çıxardıraraq ərazidən daşıtdırıb.
Sahibkarın bu özbaşınalığına icra başcısı tərəfindən xeyir-dua verildiyi bildirilir.
Məqsəd isə sahibkara məxsus obyektin qarşısın açmaq və obyekti böyütməkdir.