Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 6 yanvar, AZƏRTAC
"Abşeron" basketbol komandası iki oyunçu ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Nəcəf Babayev və aşağı yaş qrupları üzrə Azərbaycan millisinin üzvü Hüseyn Məmmədov komandanı tərk ediblər.
Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.