Abşeron Lions dan möhtəşəm qələbə FOTO

24.09.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Abşeron Lions" basketbol komandası Avropa Kubokun I təsnifat mərhələsinin ilk oyununu keçirib.

İdman.biz bildirir ki, basketbolçularımızın rəqibi Kiprin "Anortrosis" klubu olub.

Oyunun ilk hissəsi 26:11 hesabı ilə Erhan Tokerin yetirmələrinin xeyrinə başa çatıb.

İkinci hissədə "Abşeron Lions" üstünlüyünü artırıb - 55:31.

Üçüncü hissədə Azərbaycan komandasının üstünlüyü 31 xala çatıb - 77:46.

Son dördlükdə "Anortosis" hesab arasındakı fərqi azaltmağa nail olub - 89:71.

Beləliklə, "Abşeron Lions" ilk oyunda qələbə qazanıb.

Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью