Abşeron Lions Polşa təmsilçisinə qarşı

22.10.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Abşeron Lions" basketbol komandası bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi "Trefl"lə üz-üzə gələcək.

Bakı İdman sarayında keçiriləcək oyun saat 19:00-da başlayacaq. Qrupun digər görüşündə Azərbaycan təmsilçisi "Neftçi" ötən gün Bakıda Estoniya "Kalev"ini 95:84 hesabı ilə üstələyib.

Qeyd edək ki, "Abşeron Lions" ilk qarşılaşmada "Kalev"ə 85:93 hesabı ilə məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью