Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün XX turunun "Sabah"la oyununda zədələnən "Abşeron Lions"un üzvü Ceylen Şounun son durumu bəlli olub.
Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Erhan Toker məlumat verib.
Onun sözlərinə görə, dizindən xəsarət alan amerikalı basketbolçu “Neftçi” ilə keçiriləcək yarımfinal oyunlarında meydana çıxmayacaq: “Artıq Ceylen Şou üçün mövsüm erkən başa çatıb”.
Qeyd edək ki, "Abşeron Lions" "Neftçi" ilə seriyanın ilk oyununa aprelin 23-də çıxacaq.