“Abşeron Lions” və “Sabah” qələbə qazandı

08.03.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Azərbaycan Basketbol Liqasının 18-ci turunda günün ikinci oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, “Abşeron Lions” NTD ilə üz-üzə gəlib.
Matç 107:88 hesabı ilə “Abşeron Lions” qələbəsi ilə bitib. Xatırladaq ki, günün ilk matçında “Şəki” öz meydanında “Sabah” ilə üz-üzə gəlib. Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaq komandanın üstünlüyü ilə yekunlaşıb.
Gərgin keçən matçda “Sabah” rəqibini 107:82 hesabı ilə məğlub edib. Görüşün periodları 18:23, 27:25, 18:26 və 19:28 hesabı ilə yekunlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью