Abşeron magistral kanalında meyit tapılıb

07.07.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron magistral kanalında meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron magistral kanalının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən keçən hissəsində suyun üzərində aşkarlanan bir nəfər kişi meyitinin götürülməsi ilə bağlı müraciət daxil olub.

Müraciətlə əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью